İşdən çıxarılan icra başçısı: "Silah götürüb döyüşə də getməyə hazıram"

İşdən çıxarılan icra başçısı: Silah götürüb döyüşə də getməyə hazıram
Siyasət 4185
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev imzaladığı sərəncamla Ağdam rayonunun icra başçısı Raqub Allahverdi oğlu Məmmədovu vəzifəsindən azad edib.Yenicag.az-a açıqlama verən Məmmədov işdən çıxarılmasına münasibət bildirib:“Allah prezidentimizin canını sağ eləsin. Allah İlham Əliyevi xalqımızın başının üzərindən əskik etməsin. Sərəncamla gəlib işlədim. Ləyaqətlə çalışdım, camaata xidmət etdim, rayonumuzda böyük işlər gördüm. Bu gün də ölkə prezidentinin sərəncamı ilə işdən çıxarılmışam. Mənim üçün bu şərəfdir. Əslində, qeyri-adi heç nə yoxdur. Bundan sonra da nə qədər ömrüm var, Azərbaycan xalqı üçün çalışacağam. Lazım gələrsə, bir zabit kimi silah götürüb döyüşə də getməyə hazıram. Yeni təyinat olarsa, canla-başla çalışaram”.BAKU.WS

Oxşar xəbərlər

Prezident icra başçısını işdən çıxardı

Prezident icra başçısını işdən çıxardı

Prezident İlham Əliyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib. BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikas...

4 Siyasət 15:08 06 iyun 2018

Son xəbərlər