Devid Bekhem Ukraynadakı uşaqlardan yazdı: "Ürəyim ağrıyır!" - FOTO

Devid Bekhem Ukraynadakı uşaqlardan yazdı: Ürəyim ağrıyır! - FOTO
Foto
Siyasət 223

Ukrayna ilə bağlı paylaşım edən dünya məşhurları sırasına keçmiş ingilis futbolçu Devid Bekhem də qatılıb.

BAKU.WS xəbər verir ki, idmançı Ukraynadakı müharibədən lentə alınan fotoları instaqram izləyiciləri ilə bölüşüb.

Bekhem paylaşımına bunları da əlavə edib:

"Ukraynadakı vəziyyət xarabalığı xatırladır və bu, yerli əhali üçün dəhşətlidir. Bir valideyn kimi, mən bunun müharibə zonasında yaşayan günahsız uşaqlara necə təsir etdiyini görəndə ürəyim ağırıyır. Münaqişə artdıqca uşaqların ehtiyacları da artır".

Son xəbərlər