Deputat: "Rusiyanın hazırda yürütdüyü siyasət onu fəlakətə aparır"

Deputat: Rusiyanın hazırda yürütdüyü siyasət onu fəlakətə aparır
Video
Siyasət 48

"Türk müsəlmanlara qarşı zorakılıq Rusiyanı çökdürəcək".

Bu sözləri Milli Məclisin sədr müavini Musa Qasımlı Baku TV-nin efirində söyləyib.

Musa Qasımlı Rusiyanın hazırkı siyasətinin tamamilə səhv olduğunu deyib:

"Rusiyanın hazırda yürütdüyü siyasət onu fəlakətə aparır. Bu düşmənçiliyin kökü Azərbaycanda deyil, Rusiyanın özündədir".

Millət vəkili Aydın Mirzəzadə isə Rusiyanın xarici siyasətində Azərbaycanın önəmli yer tutduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın gücünü qəbul edir və əhəmiyyətini dərk edir.

"Bizim əməkdaşlığımızın başqa variantı yoxdur. Biz ancaq mehriban qonşuluq siyasətində olub, bir-birimizin milli maraqlarına hörmətlə yanaşa bilərik. Ortaya çıxan hər hansı məsələnin diplomatik yolla həlli bizim üçün əsasdır", - deyə millət vəkili əlavə edib.

Ətraflı videomaterialda:

Son xəbərlər