Deputat şəhid ailələri ilə bağlı danışdı: "Hər dəfə qarşımızı kəsirlər, yalvarırlar"
15
noy
2018
13:30
“Milli Məclisin qarşısına şəhid ailələri toplaşıb”.Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin iclasında deyib.Deputat Milli Məclisin sədri Oqtay Əsədovdan belə bir xahiş edib:“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə deyin bu adamları bir-bir qəbul etsin. Və birdəfəlik başa salsın ki, bu adamlara “qanpulu” düşür, ya yox. Yoxsa, bu adamlar bizim hər dəfə qarşımızı kəsirlər, yalvarırlar, xahiş edirlər. Bu məsələni həll etmək lazımdır. Lazımdırsa, bununla bağlı bir komissiya yaradaq və biz məşğul olaq”.Vahid Əhmədov qeyd edib ki, nazir o adamlarla görüşə bilmirsə, vaxtı yoxdursa, bu başqa məsələ.“Bu, birbaşa olaraq, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə aid olan məsələdir. Məsələni də axıra çatdırmaq lazımdır. Oqtay müəllim (Oqtay Əsədov –red) xahiş edirəm bu məsələ ilə bağlı tapşırıq verin”.BAKU.WS
Oxşar xəbərlər
Nazir şəhidlərin ailə üzvlərinə veriləcək birdəfəlik ödənişlərdən danışdı
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı sənədlər gəlir.BAKU.WS Trend-ə istinadən xəbər veri...