Bakıda WUF13-ün ikinci günündən FOTOREPORTAJ
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işinə başlayıb.
BAKU.WS PhotoStock.Az-a istinadən xəbər verir ki, bu gün WUF tarixində ilk dəfə Liderlər Sammiti baş tutacaq. Bundan başqa, forumun ikinci günündə rəsmi açılış mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.
Gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin - Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksəksəviyyəli Rəsmilər Forumunun sessiyası da keçiriləcək. Mayın 22-dək davam edəcək forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib.
Bakıda keçirilən WUF13 tədbirinin ikinci günündən fotoreportajı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Samir Əftab Sial: Pakistan WUF13-də Azərbaycanla şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edəcək
Pakistan şəhərlərin inkişafı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. BAKU.WS xəbər verir ki, bu barədə report-a Central Business District Punjab-ın (CBD...