Daşkəsəndən Kəlbəcərə elektrik xətti çəkilir
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərenerji” ASC Daşkəsən rayonundan Kəlbəcər rayonuna elektrik xətti çəkir.
BAKU.WS xəbər verir ki, bunu Bakının Suraxanı rayonunda yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə məruzəsində bildirib.
“Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir. Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...