Danimarka Tramp ilə Arktika üzrə danışıqlara hazır olduğunu bildirib

Danimarka Tramp ilə Arktika üzrə danışıqlara hazır olduğunu bildirib
Siyasət 80

Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-nin Arktika regionunda təhlükəsizlik maraqlarını tanıdıqlarını və bu səbəbdən yeni prezident seçilmiş Donald Tramp administrasiyası ilə müzakirələr aparmağa hazır olduqlarını bəyan edib.

BAKU.WS xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Nazir qeyd edib:

"Biz razıyıq ki, amerikalılar Arktika ilə bağlı təhlükəsizlik məsələlərində qanuni narahatlıqlara sahibdir. Onların bu narahatlıqlarını anlayırıq və Qrenlandiyanın iştirakı ilə ABŞ-nin regiondakı qanuni maraqlarını təmin etmək üçün yeni administrasiya ilə danışıqlara başlamağa hazırıq."

11 yanvar tarixində Axios portalı məlumat yayıb ki, Danimarka hakimiyyəti ABŞ-yə Qrenlandiyada təhlükəsizliyin gücləndirilməsi və ya Vaşinqtonun adada hərbi mövcudluğunun artırılması ilə bağlı müzakirələrə hazır olduqlarını bildirib.

Donald Tramp dəfələrlə Qrenlandiyanı Danimarkadan almaq planlarını bəyan edib. Onun sözlərinə görə, adanın nəzarəti ABŞ-nin milli təhlükəsizliyi və dünya azadlığı üçün vacibdir. Lakin Danimarkanın baş naziri Mette Frederiksen Trampın bu təklifini rədd edərək Qrenlandiyanın satışa çıxarılmadığını vurğulayıb.

Son xəbərlər