Dağlıq Qarabağda nə qədər ərazi minadan təmizlənib? - Rusiya Müdafiə Nazirliyi Açıqladı

Dağlıq Qarabağda nə qədər ərazi minadan təmizlənib?  - Rusiya Müdafiə Nazirliyi Açıqladı
Siyasət 192

Rusiya sülhməramlıları Dağlıq Qarabağda 4577 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiyanın sülhməramlı qüvvələri Dağlıq Qarabağda 80 hektardan çox ərazini minalardan təmizləyib.

"Dağlıq Qarabağdakı mühəndis istehkam bölmələri 80 hektardan çox ərazini, 24,8 kilometr yolu, 168 yaşayış binasını və altı sosial əhəmiyyətli obyekti təmizləyib. Ümumilikdə 4577 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib", - deyə məlumatda qeyd olunur.

Dağlıq Qarabağda hava limanlarından birinin minalardan təmizlənməsi zamanı personalın təhlükəsizliyini təmin etmək və işin məhsuldarlığını artırmaq məqsədilə çoxfunksiyalı "Uran-6" robot kompleksindən istifadə edilib.

Son xəbərlər