Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO

Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO
Video
Siyasət 870

Rusiya sülhməramlıları Laçın dəhlizinin bir hissəsini partlayıcı maddələrdən təmizləyib.

BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya hərbçiləri həmçinin dəhlizdə nəqliyyat vasitələrinin təhlükəsizliyini və vətəndaşların bu ərazidən keçməsini təmin edib.

"Rus sülhməramlıları Laçın dəhlizindəki ərazidə partlayıcı maddələrin təmizlənməsini həyata keçirib və döyüşlər zamanı yıxılan yüksək gərginlikli elektrik xəttinin bərpası üçün təmir qruplarının işinin təhlükəsizliyini təmin edib", - deyə məlumatda qeyd olunur.

Həmçinin ötən gün ərzində Dağlıq Qarabağ ərazisində üç elektrik ötürücü qülləsi, 1,2 min metr qaz kəməri, 1,5 min metrdən çox rabitə xətti, habelə iki transformator yarımstansiyası da bərpa edilib.

Son xəbərlər