Cocuq Mərcanlı ilə bağlı XÜSUSİ LAYİHƏ

Cocuq Mərcanlı ilə bağlı XÜSUSİ LAYİHƏ
Siyasət 1336
 

Beynəlxalq təşkilatlar və vasitəçilər 20 ildən artıqdır Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olsalar da, işğal altındakı torpaqlar hələ də azad edilməyib. Amma bu gün Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində məcburi köçkünlərin işğaldan azad olunmuş əraziyə təhlükəsiz şəraitdə geri qayıtması təmin olunur. Artıq münaqişədə konsepsiyadan əməli işə keçməyin vaxtıdır.

BAKU.WS xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev fevralın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən media nümayəndələrinə müsahibəsində deyib.

"Hesab edirik ki, dövlət başçısının sərəncamı ilə Cocuq Mərcanlının bərpası istiqamətində həyata keçirilən bu layihə məcburi köçkünlərin doğma yurda qayıdışı prosesində bir pilot layihə olacaq və beynəlxalq təşkilatlar tərəfindən də nəzərə alınacaq. Azərbaycan Prezidentinin təşəbbüsü və iradəsi ilə həyata keçirilən layihə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq strukturlar bu məsələ ilə əlaqədar qəti iradələrini ortaya qoyublar", - deyə Hikmət Hacıyev bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Məcburi köçkünlərə ŞAD XƏBƏR

Məcburi köçkünlərə ŞAD XƏBƏR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 3-də Binəqədi rayonunun Sarıqaya massivində yerləşən Şəfəq sanatori...

6407 Sosial 19:10 03 fevral 2017

Son xəbərlər