Çini etirazlar dalğası bürüdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Çin şəhərlərində çəkildiyi iddia edilən və insanların sərt anti-COVID məhdudiyyətlərinə qarşı şüarlar səsləndirdiyi videolar yayılıb.
Məlumata görə, belə videolar Çin sosial şəbəkələrindən sürətlə silinir.
Bildirilir ki, bu gün ölkənin şərqində yerləşən çoxmilyonlu Şanxayın sakinləri etiraz aksiyasına çıxıblar.
Bundan əlavə, şahidlərin sözlərinə görə, Çinin ən nüfuzlu ali təhsil ocağı olan Pekindəki Sinxua Universitetinin tələbələri də sərt anti-COVID məhdudiyyətləri ilə razılaşmadıqları üçün etiraz aksiyası keçiriblər.//oxu.az
Oxşar xəbərlər
ABŞ İnstitutu: “İrandakı etirazlar rejim daxilində fikir ayrılığına səbəb olur” - FOTO
“Rejimə qarşı davam edən etirazların İranın təhlükəsizlik güclərində yüksəkvəzifəli rejim məmurları arasında fikir ayrılığına səbəb olacağı ehtimal edilir”. BAK...