Çində snayper metroda girov qadını belə xilas etdi - VİDEO
04
sen
2019
16:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Nanninq şəhərində metro stansiyasında bıçaqlı şəxs bir qadını girov götürüb.BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər 2 saat silahlı şəxslə danışıqlar aparsa da, onu fikrindən daşındıra bilməyiblər.Buna görə hadisə yerinə snayper çağırılıb. Snayper silahlı şəxsə görünməmək üçün qarşısında dayanan bir polisin arxasında üzü üstə yerə uzanıb və onun ayaqları arasından silahlı şəxsi başından vuraraq zərərsizləşdirib. Bununla da girov qadın xilas edilib.O bildirib ki, 19 illik polis həyatında ilk dəfə bir cinayətkarı öldürmək məcburiyyətində qalıb.Zenq Hao adlı həmin snayper və əməliyyatda iştirak edən digər polislər uğurlu əməliyyata görə mükafatlandırılıblar.
Oxşar xəbərlər
Snayperlərimiz beynəlxalq yarışda ikinci oldu - FOTO
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra edilib.Müdafiə Nazirliyindən BAKU.WS-ə...