Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü - VİDEO
20
may
2019
11:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə məşhur iş adamı “Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, iş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb. Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub. Qeyd edək ki, “Sarar”ın mağazalar zəncirinin Bakıda da mağazası var.
Oxşar xəbərlər
Gömrük rəisinin qardaşının evinə basqın: Külli miqdarda pul oğurlandı
Gəncə şəhərində maskalı şəxslər evə basqın edib.BAKU.WS "Gününsəsi"nə istinadla xəbər verir ki, cinayət hadisəsi Gəncənin "Mahrasa bağı” yaşayış massivində, Mik...