Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub

17
iyl
2019
20:26
Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər.Nazirlikdfən həmçinin bildirilib ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Oxşar xəbərlər
Ermənilər Ağdamı artilleriya atəşinə tutdular - SON DƏQİQƏ
Ermənistan silahlı bölmələri cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.BAKU.WS xəbər verir ki, bu bardə Müdafiə Nazirliyinin...
