Çində restoranda güclü partlayış - 30-dan çox ölü
22
iyn
2023
10:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin şimal-qərbindəki Yinçuan şəhərində restoranda güclü partlayış baş verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, nəticədə azı 31 nəfər ölüb.
Məlumata görə, hadisəyə ilkin səbəb kimi mayeləşdirilmiş neft qazının dağılması göstərilib.
Bildirilib ki, daha 7 nəfərin müalicəsi hazırda davam etdirilir. Onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, çərşənbə günü yerli vaxtla saat 20:40 radələrində baş verən partlayış Ningxia muxtar vilayətinin paytaxtı Yinçuan şəhərinin mərkəzindəki Fuyang Barbecue restoranında baş verib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...