Çində koronavirusa gündəlik yoluxmanın sayı azalır
Yeniliklərdən dərhal xəbərdar olun
Çində son iki həftə ərzində həm yeni tip koronavirusa yoluxmanın təzəcə təsdiq edilmiş, həm də təxmin edilən hallarının gündəlik sayında ümumən azalmaya doğru meyil müşahidə olunur.
BAKU.WS xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen məlumat verib.Bütün ölkədə sağalandan sonra evə buraxılan pasiyentlərin sayının artması meyli müşahidə olunur. Mi Fen qeyd edib ki, bu rəqəm son günlərdə 3000 insan civarında olub.
Onun sözlərinə görə, Uhan şəhərində epidemiyanın sürətlə yayılmasının qarşısı alınıb, Xubey əyalətinin Uhan şəhərinin hüdudlarından kənarda olan lokal xəstəlik ocaqları nəzarətə götürülüb. Mi Fen əlavə edib ki, ölkənin Xubey əyalətinin hüdudlarından kənardakı regionlarında epidemik vəziyyətdə müsbət əlamətlər müşahidə olunub.
O bildirib ki, sonra xəstəliyin dəqiq profilaktikasına və nəzarətə götürülməsinə dair tədbirlər görüləcək, bu zaman mikrorayonlarda epidemiyanın profilaktikasına və nəzarətə götürülməsinə, habelə xəstələrin müalicəsinə xüsusi diqqət yetiriləcək.
Oxşar xəbərlər
Çindən təxliyə olunan azərbaycanlı: "Ailəm bu ağır, stresli günlərdə mənə dəstək oldu"
"Sağlamlıq arayışımızı Türkiyənin səhiyyə naziri şəxsən təqdim etdi. Ankarada Zəkai Tahir Burak adına xəstəxanada bizə yüksək səviyyədə xidmət göstərildi". BAKU...