Çin Müdafiə Nazirliyi ABŞ-ı hədələyib
05
fev
2023
14:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çin hava şarı ilə bağlı anoloji vəziyyət yaranarkən ABŞ-a lazımi cavab vermək hüququna malikdir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Çin Müdafiə Nazirliyi bəyan edib.
Bəyanatda bildirilir ki, ABŞ-ın Çinin pilotsuz mülki hava şarına qarşı hərbi güc tətbiq etməsi çərçivəni aşan reaksiyadır. Çin Müdafiə Nazirliyi ABŞ tərəfinə qətiyyətli etirazını ifadə etdiyini və oxşar situasiyada zəruri addım atılacağını bildirib.
Qeyd edək ki, ABŞ hava məkanına daxil olan Çin hava şarını vurub.
Oxşar xəbərlər
Özünü “qovulmuş ölkəyə” çevirməyin yolu - İrandan resept
İran Ukraynaya qarşı müharibədə istifadə edilən silahları Rusiyaya tədarük etməklə özünü daha dərin sanksiya bataqlığına salır. BAKU.WS report-a istinadən xəbər...