Çin ilk mülki astronavtı kosmosa göndərdi
Çin bu gün “Shenzhou-16” idarə olunan kosmik gəmisi ilə ilk mülki astronavtı kosmosa göndərib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu, Çin üçün tarixi hadisədir.
Məlumata görə, yerli vaxtla səhər saat 09:31-də ölkənin şimal-qərb hissəsindəki Qobi səhrası üzərindən Ciuquan peyk buraxılış mərkəzindən “Long March-2F” daşıyıcı raketi ilə buraxılan “Shenzhou-16” (Müqəddəs Gəmi) ilə biri mülki olmaqla 3 astronavtı kosmosa göndərilib. Kosmik gəmi 10 dəqiqəlik uçuşdan sonra müəyyən edilmiş orbitdə uğurla yerləşib.
Qeyd edək ki, kosmik stansiyada 5 aya qədər xidmət edəcək yeni astronavt komandası orbitdə kosmosdan əlavə fəaliyyətlər və elmi təcrübələr həyata keçirəcək və yeni texnologiyaları sınaqdan çıxaracaq.
Oxşar xəbərlər
Dünya Aviasiya və Kosmonavtika Günüdür
12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. BAKU.WS xatırladır ki, 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin "Vostok...