Çimərlikdən 40 kq qum götürdülər - Həbs edilə bilərlər
20
avq
2019
17:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın məşhur turizm zonası olan Sardiniya adasındakı Çia çimərliyindən 40 kq qum oğurlayan fransalı cütlüyə həbs cəzası verilib.BAKU.WS BBC Türkcə-yə istinadən xəbər verir ki, onlar qumları plastik şüşələrə dolduraraq avtomobilə yığıblar.Daha sonra Porto Torres limanından Fransanın Tulon şəhərinə getmək istəyiblər. Onlar avtomobil daşıyan gəmiyə minərkən polislər tərəfindən saxlanılıblar.Polisə ifadə verən cütlük qumu xatirə olaraq özləri ilə aparmaq istədiklərini və bunun qanunla qadağan olunduğunu bilmədiklərini söyləyiblər.Qeyd edək ki, İtaliyada 2017-ci ildə qəbul edilən qanuna görə çimərliklərdəki qum və dəniz daşlarını götürənlər üçün 3 min avro cərimə və 1 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Oxşar xəbərlər
Dünyada ən məşhur silah taciri ələ keçdi
Dünyada məşhur silah taciri olan belçikalı Jak Mesye həbs olunub.BAKU.WS xəbər verir ki, silah taciri Portuqaliyanın Evora şəhərində ələ keçib. O, qanunsuz sila...