Daha bir ölkədə plastik paketlər qadağan edildi
02
iyl
2019
12:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Plastik paketlərin istikadəsinin qadağan edən ölkələrin sırasına Yeni Zelandiya da qoşuldu.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qadağaya riayət etməyən marketlər 67 min dollar miqdarında cərimə ediləcəklər.Ölkənin Səhiyyə naziri Yevgeni Saqe bildirib ki, bu addımla ekologiyaya vurulan ziyanın qarşısının alınması nəzərdə tutulur.Xatırladaq ki, bu qadağa ilk dəfə 2002-ci ildə Banqladeşdə qüvvəyə minib.Plastik paketin istifadəsinə qarşı ən sərt qanun isə Keniyadadır. 2017-ci ildə qüvvəyə minən qanuna görə, plastik paket istifadə edənlərə 4 ilə qədər həbs və 38 min dollar pul cəzası nəzərdə tutulub.Türkiyə, Avstraliya, Tayvan, Kolumbiya, Mozambik və Cənubi Afrika kimi ölkələrdə isə plastik paketlər pulla satılır.Qeyd edək ki, hər il dünyada 1 trilyondan çox plastik paket istehsal edilir. Təxminən 8 milyon ton plastik paket okeanlara atılır.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Bakı-Sabunçu marşrutu üzrə elektrik qatarı təyin edilib - CƏDVƏL
İyunun 3-dən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilir.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şö...