"100 saatdan çox narkoz almışam" - Aygün Kazımova
15
iyl
2018
12:23
Xalq artisti Aygün Kazımova "V element" verilişinin mövsüm finalının qonağı olub. Axşam.az-ın məlumatına görə, müğənni formada qalmağından danışıb. Kazımova bildirib ki, son günlər arıq qalmasına səbəb pəhrizdir:"Axşam 11-də yatıram, səhər 6-da dururam. Yeməyimə xüsusi diqqət edirəm. Çörəkdən illərdir imtina etmişəm. Qida rasionumdan çox şeyi çıxarmışam. Çoxlu su içirəm. Susuz qala bilmərəm".A.Kazımova plastik əməliyyatlarından da danışıb. Müğənni saysız-hesabsız estetik etdirdiyini söyləyib:"Plastik əməliyyat çox dəbdədir, kişilər də istifadə edir. Plastik əməliyyatlar çox etdirmişəm. Amma bu gün belə qalmağımın səbəbi plastik əməliyyat deyil. Yaxşı formada qalmışam, enerjiliyəm. Plastik əməliyyatlar insana enerji vermir. Əslində, narkoz insanın səhhətində mənfi təsir göstərir. 100 saatdan çox narkoz almışam. Həmçinin genetika da böyük rol oynayır".BAKU.WS
Oxşar xəbərlər
Aygünlə Roza barışdı
Xalq artisti Aygün Kazımova ilə müğənni Roza Zərgərli barışıb.BAKU.WS axşam.az-a istinadən bildirir ki, bu haqda Roza "ATV maqazin onlarla" verilişində deyib. S...