Çexiya rusiyalı milyarderin otelinin üzərinə həbs qoydu - FOTO

Çexiya rusiyalı milyarderin otelinin üzərinə həbs qoydu - FOTO
Foto
Siyasət 60

Çexiyanın Maliyyə Təhlili Departamenti rusiyalı milyarder Vladimir Yevtuşenkovun şirkətlərinin hesablarını bloklayıb və onun Karlovı Varıdakı beşulduzlu "Savoy Westend" otelinin üzərinə həbs qoyub.

BAKU.WS xəbər verir ki, bu barədə CT24 telekanalı məlumat yayıb.

Qeyd olunub ki, bu yolla Çexiyanın iş adamına qarşı iyunun sonunda tətbiq etdiyi sanksiya tədbirləri fəaliyyətə başlayıb.

İş adamının obyektinin dəyəri 4,6 milyon dollar olaraq qiymətləndirilir.

İndi otel yalnız iyunun sonuna qədər yerləşmə haqqını ödəmiş qonaqları qəbul edir.

Otel rəhbərliyi işçilərin işdən çıxarılması ehtimalının yüksək olduğunu iddia edir.

Son xəbərlər