Ceyhun Bayramov: Sülhməramlıların statusu ilə bağlı Azərbaycanın təklif etdiyi anlayışlar Rusiya tərəfini qane etmədi
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin dekabrında Azərbaycan və Rusiyanın sülhməramlıların statusu ilə bağlı bir neçə mərhələdə intensiv danışıqları oldu.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İTV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan ora elə elementlər daxil etmişdi ki, birmənalı şəkildə onların məhz Azərbaycan ərazisində, hər bir prosesi Azərbaycanla razılaşdırıb, Azərbaycanın icazəsi ilə etmək anlamına gəlirdi:
"Bu sənədə prinsip etibarilə baxa bilərdik. Həmin anlayışların bir çoxu Rusiya tərəfini qane etmədi. Uzun gedən danışıqlardan sonra hamı anladı ki, ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Elə buna görə, 2024-cü ilə qədər, yəni Rusiya sülhməramlıları buranı tərk edənə qədər heç bir statusu olmadı".
Oxşar xəbərlər
Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, ölkənin ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür. BAKU.WS xəbər verir ki, Mustafa Kamal Atatürk 188...