Ceyhun Bayramov Kahramanmaraşda FHN-in mobil səhra hospitalında olub

Ceyhun Bayramov Kahramanmaraşda FHN-in mobil səhra hospitalında olub
Siyasət 72

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş şəhərindəki Mobil səhra hospitalına gəliblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, hər iki nazir hospitalda yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra Bayramovla Çavuşoğluna mobil səhra hospitalında xəstələrə göstərilən yardımlar barədə məlumat verilib.

Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər