FHN-in Mobil səhra hospitalı Kahramanmaraşda quraşdırılmağa başlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində quraşdırılmağa başlanılıb.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hazırda konteynerlər TIR-lar vasitəsilə şəhərin Kahramanmaraş Böyükşəhər Bələdiyyəspor klubunun stadionunun ərazisinə gətirilib və burada quraşdırılır.
Hospitalda FHN-in 41 nəfər tibb heyəti fəaliyyət göstərəcək.
Mobil səhra hospitalı fəaliyyətə başladıqdan sonra burada zəlzələdən əziyyət çəkən insanlara yardım göstəriləcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycandan Türkiyəyə göndərilən Mobil səhra hospitalı Kahramanmaraşa çatıb - FOTO
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərinə gəlib çatıb....