Çexiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri planlaşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Çexiya Baş nazir Andrey Babişin Azərbaycana rəsmi səfərini planlaşdırır.
BAKU.WS xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek report-un sualına cavabında bildirib.
Diplomatın sözlərinə görə, yaxın günlərdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş arasında görüş keçiriləcək. Bu, Babişin ötən ilin dekabrında yüksək vəzifəyə təyin olunmasından sonra liderlərin ilk danışıqları olacaq.
"Bizim çox yaxşı planlarımız var. Artıq yaxın günlərdə, demək olar ki, - birigün, Davosda Prezident İlham Əliyev və Baş nazirimiz Andrey Babiş arasında görüş keçiriləcək. Bu onların ilk danışıqları olacaq və ümid edirəm ki, bunun nəticələrinə əsasən biz Baş nazirimizin Azərbaycana rəsmi səfərini planlaşdıracağıq", - o qeyd edib.
Oxşar xəbərlər
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Perunun paytaxtı Limanın mərkəzində yerləşən tarixi meriya binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıq...