ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə Qələbə münasibətilə xatirə hədiyyəsi verib

13
yan
2021
13:05
Yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qələbə münasibətilə xatirə hədiyyəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, görüş çərçivəsində dövlət başçısı Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
