Cənab Prezident İlham Əliyev ən böyük resursumuzdur
"Dünyada gedən proseslər sübut edir ki, dövlətlərin güclü olması üçün onun təbii resurslar və yaxud da coğrafi mövqe baxımından əlverişli durumda olması kifayət deyil. Mövcud reallıq, ələlxüsus da Ukrayna məsələsi göstərir ki, ən güclü resurs məhz xalqı idarə edə biləcək, xalqı öz arxası ilə apara biləcək və bütövlükdə xarici və daxili siyasətin konturlarını düzgün müəyyən edəcək liderə böyük ehtiyac var".
Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, dünyanın siyasi mənzərəsi göz önündədir.
"Təbii ki, resurslar uğrunda ciddi mübarizə gedir. Bunun fonunda dünya nizamı yenidən formalaşdırılır. Biz dünyaya baxdığımız zaman geoiqtisadi və geosiyasi amillərin heç zaman olmadığı qədər bir-biri ilə birləşdiyinin və yaxud da həmin bu amillər üzərindən dövlətlərin xarici siyasətinin haçalandığının şahidiyik".
"Təbii ki, bu reallıqda hər bir ölkə üçün təhlükəsizlik birinci amildir. Çünki baş verən proseslər dövlətlərdən yeganə reallığı tələb edir ki, bu da güclü olmaq məsələsidir. Düşünürəm ki, Azərbaycanın dünya siyasətində bu qədər qəti addımlarla irəliləməsinin arxasında dayanan ilkin amil məhz həqiqətən də uzaqgörən siyasəti ilə seçilən, dünya siyasətçiləri arasında öz aydın vizyonu olan və bütövlükdə qlobal siyasətə yaxından bələd olan Cənab Prezident İlham Əliyev reallığıdır. Bəli, məhz dövlət başçımızın şəxsiyyət amili ən böyük resursumuzdur.
Cənab Prezident İlham Əliyev 30 illik işğal dövründə Azərbaycanın haqq səsini dünyaya çatdırmağı bacardı. Vaxt var idi nəinki, hər hansı bir məsələ ilə bağlı Azərbaycanın haqq səsi eşidilmirdi, hətta ən sadə formada obyektiv yanaşma belə ortaya belə qoymurdular. Sözdə demokratiya keşikçisi olan, əslində isə onu əlllərində öz xeyirləri üçün təmərküzləşdirən aktorlara rəğmən, bütün bu çətinliklərə baxmayaraq dövlət başımız Azərbaycanın haqq səsini dünyaya çatdırmağı bacardı", - deyə politoloq vurğulayıb.
Politoloq deyir ki, özlərini beynəlxalq təhlükəslik sisteminin qarantları hesab edən qüvvələr özlərinə heç bir halda bu məsələ ilə bağlı ən xırda narahatlıq vermək belə istəmirdilər:
"Cənab Prezident İlham Əliyev məqsədyönlü, praqmatik, prinsipial və qətiyyətli siyasət ortaya qoyaraq Azərbaycan həqiqətlərini dünyada qəbul etdirməyi bacardı. Dövlət başımız məhz bu qətiyyətinin davamı olaraq həm də Azərbaycanın əldə etdiyi Zəfəri legallaşdırdı, legitimləşdirdi.
Azərbaycan heç kimdən yardım almadan öz büdcəsi hesabına, öz resursları hesabına, öz xalqının iradəsi və dövlət-xalq birliyi sayəsində bütün bu nəticələrə nail oldu. Müharibədə qalib gəldik, ərazi bütövlüyümüzü, eyni zamanda suverenliyimizi bərpa etdik və əsas məqam ondan ibarətdir ki, bu gün Azərbaycanın Zəfəri dünya tərəfindən tanınır. Şübhəsiz ki, bütün məsələlərin öhdəsindən güclü, xarizmatik və strateji baxışı ilə fərqlənən, diplomatiya masasında təqdir edilən Azərbaycan Lideri İlham Əliyev gəldi. Biz sadəcə Ermənistana deyil, onun havadarlarına qalib gəldik.
Həm də o məsələ vacibdir ki, xarici siyasətə paralel olaraq daxili siyasətimiz də düzgün realizə edilir. Qarabağı, Şərqi Zəngəzuru yenidən qurur-yaradırıq. Bu, bir Liderin torpağa, yurda, vətənə olan bağlılığından xəbər verir. Ukrayna reallığının, əslində isə faciəsinin əsasında dayanan faktor da liderin olmamasıdır, qəbul edilən qərarlarda boşluqların daha aydın, daha qəti görünməsidir.
Hər bir ölkənin təhlükəsizliyinin təmin olunmasında lider reallığı öz sözünü deyir və diktə edir".
Oxşar xəbərlər
İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "Scandens Pharmaceutical Industries Ltd" MMC-nin dərman preparatları istehsalı müəssisə...