Cəbhədən son dəqiqə - kəndlərimiz intensiv artilleriya atəşi altında
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
"Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür".
Oxşar xəbərlər
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı - VİDEO
"Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərin...