Cəbhə xəttində erməni təxribatının qarşısı alınıb

Cəbhə xəttində erməni təxribatının qarşısı alınıb
Siyasət 294

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa ra­yonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

"15 yanvar tarixində 16:00 radələrindən başlamaqla Qazax ra­yo­nunun Məzəm kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz və Qazax rayon mərkəzindən Məzəm kəndinə gedən avtomobil yolu ER-nın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub", DSX-dan bildirilib.

Oxşar xəbərlər

Cəbhədə son vəziyyət

Cəbhədə son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə p...

347 Siyasət 10:42 22 dekabr 2019

Son xəbərlər