Cəbhədə son vəziyyət

Cəbhədə son vəziyyət
Siyasət 347

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Füzuli rayonunun Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Oxşar xəbərlər

Cəbhədə son vəziyyət

Cəbhədə son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. BAKU.WS-in Müdafiə Nazirliyinin saytı...

3 Siyasət 10:21 15 dekabr 2019

Son xəbərlər