Cəbhədən son xəbər: daha bir şəhid verdik (FOTO)
"Tovuzun və ölkəmizin qəhrəman oğullarından biri Əhmədov Elvin Süleyman oğlu ön cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına şəhid olub".
BAKU.WS-in məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yazıb. Deputat bildirib ki, şəhidimiz Yanıqlı kəndindəndir:
"Bu gün Xocalı soyrımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtalyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm. Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq. Belə qəhrəman övladların valideynləri də mərddir, Vətən sevdalıdır. Səbr dilədiyim şəhid atamız deyəsən səsimin titrədiyinin fərqində idi və telefonda Qənirə xanım oğlumla qürur duyuram, təki Vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun dedi. Belə şəhid ailələri qarşısında sadəcə baş əymək lazımdır. Nur içində yatsın şəhid qardaşımız. Konfrans bitən kimi inşallah Tovuza gəliib ailəmizi ziyarət edəcəm. İnanıram ki Tovuz şəhidimizi yüksək səviyyədə son mənzilə yola salacaq. Qanınız yerdə qalmayacaq əziz şəhidlərimiz".
Müdafiə Nazirliyi də cəbhədə itki verdiyimizi açıqlayıb. Nazirliyin açıqlaması:
"Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!"
BAKU.WS
Oxşar xəbərlər
"Şəhid övladlarına xidmət pulsuzdur, hesabları ataları tərəfindən ödənilib"
Lənkəran sakini Ramin Əkbərli, sahibi olduğu şirniyyat dükanında şəhid ailələrinə kömək etmək məqsədilə xeyriyyə aksiyası keçirir. O, Türkiyə mətbuatında bu tip...