Cəbhə bölgəsindəki tanklar erməniləri qorxuya saldı - MN-dən bəyanat
Azərbaycan Silahlı Qüvvələrinin planlaşdırılan irimiqyaslı təlimləri heç şübhəsiz erməni tərəfini qorxuya salıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, Beynəlxalq səviyyədə vasitəçilərin münaqişə ilə bağlı qəbul etdikləri qərarlara hörmətlə yanaşaraq Silahlı Qüvvələrimiz təlimləri ölkəmizin sərhədləri çərçivəsində, öz ərazilərimizdə bütün qoşun növlərinin cəlb olunması ilə keçirir və burada beynəlxalq tələblərin pozulmasından söhbət gedə bilməz.
Əgər beynəlxalq strukturlar, təşkilatlar hansısa bir ölkəyə qadağa və sanksiyalar tətbiq etməlidirlərsə, bu ilk növbədə elə Ermənistan olmalıdır.
Çünki beynəlxalq qurumların qəbul etdikləri qərarlara əhəmiyyət verməyən, laqeyd yanaşan, onları kobud şəkildə pozan məhz Ermənistandır. Əslində işğal olunmuş ərazilərimizdə Ermənistanın keçirdiyi hərbi təlimlərə reaksiya verilməli və rəsmi Yerevana qarşı sanksiyalar tətbiq edilməlidir.
Saməddin Mehralıyev
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Ağdama od vurdular
Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində yanğın törədiblər. APA-nın xəbərinə görə, bu gün Ermənistan Silahlı Qüvvələri irimiqyaslı hərbi...