Bu ölkənin paytaxtı müvəqqəti olaraq dəyişdi

09
okt
2019
11:22
Ekvadorda kütləvi aksiyaların genişlənməsi səbəbində Prezident Lenin Moreno maraqlı qərar verib.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Moreno müvəqqəti olaraq paytaxtı Kitodan Quayakilə daşıyıb.O, fəaliyyətini buradan davam etdirəcəyini açıqlayıb:“Mənə verilən konstitusion haqlara görə hökumət idarəetməsini Quayakilə daşıdım”.L.Mpreno həmçinin 2 aylıq fövqəladə vəziyyət də elan edib.Qeyd edək ki, Ekvador xarici ölkələrə 3,6 milyardlıq borc səbəbindən çətin günlər yaşayır. Hökumət 2020-ci ildə borcu 1 milyard dollar səviyyəsinə endirəcəyini açıqlamış, bunun adınca Beynəlxalq Valyuta Fondundan 4,2 milyard dollarlıq kredit almaq üçün bir sıra sahələrdə maliyyə kəsintisi ediləcəyi açıqlanıb. Bu səbəbdən əhali kütləvi aksiyalara başlayıb.
Oxşar xəbərlər
Azərbaycanın xarici ölkələrə olan borcu açıqlanıb- RƏSMİ
İyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili...