Azərbaycanın xarici ölkələrə olan borcu açıqlanıb- RƏSMİ

Azərbaycanın xarici ölkələrə olan borcu açıqlanıb- RƏSMİ
İqtisadiyyat 1414
İyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faizdir (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə).BAKU.WS xəbər verir ki, Maliyyə Nazirliyindən "trend"ə verilən məlumatda borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilməsi öz əksini tapıb.Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Oxşar xəbərlər

Azərbaycan təbii qaz ixracını artırıb

Azərbaycan təbii qaz ixracını artırıb

Yeddi ayda Azərbaycandan 6 milyard 709 milyon 659 min kubmetr təbii qaz ixrac olunub.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, yanvar-iyul ayl...

590 İqtisadiyyat 18:41 14 avqust 2019

Son xəbərlər