Ermənistanın dövlət borcu açıqlandı

Ermənistanın dövlət borcu açıqlandı
Siyasət 1090
2019-cu ilin sonuna Ermənistanın dövlət borcu, təxminən, 7,5 milyard dollar təşkil edəcək.Ermənistan KİV-lərinin yazdığına görə, bu barədə Ermənistan Maliyyə Nazirliyinin Dövlət borclarını idarəolunması idarəsinin rəisi Arşaluys Marqaryan bildirib.Onun sözlərinə görə, bu məbləğ hökumətin və Ermənistanın Mərkəzi Bankının xarici və daxili borclarını əhatə edir.Qeyd edək ki, Maliyyə Nazirliyi tərəfindən nəşr edilən son məlumatlara əsasən, Ermənistanın dövlət borcu bu ilin 30 noyabr tarixinə 6 milyard 765 milyon 500 min dollar təşkil edib.BAKU.WS

Son xəbərlər