Bu ölkədə qızları evləndirmək üçün zorla kökəldirlər - Arıq qızları isə… - FOTO

Bu ölkədə qızları evləndirmək üçün zorla kökəldirlər - Arıq qızları isə… - FOTO
Siyasət 249

Afrika ölkəsi olan Mavritaniyada maraqlı bir ənənə var. Bu ölkədə arıq qadınlar ailə qura bilməz, hətta cəmiyyət onları gözəl hesab etmir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu hal qəribə bir gözəllik standartı kimi görünsə də, vəziyyət bundan daha pisdir, çünki ölkədə gənc qızlara həddindən artıq təzyiq edilir.

Hətta ölkədə gənc qızları kökəlməyə məcbur edən “məcburi qidalandırıcılar” adlı peşə də var ki, onlar özlərinə həyat yoldaşı tapsınlar.

Burada fəaliyyət göstərənlərdən biri olan Elhacen adlı şəxs işindən qürur duyduğunu deyir:

“Mən çox sərtəm. Qızları döyürəm və ya ayaq barmaqlarının arasından çubuqla işgəncə verirəm. Onları təcrid edib, arıq qadınların daha aşağı olduğunu deyirəm”.

Elhacenin fikrincə qadının işi uşaq dünyaya gətirmək və əri üçün yumuşaq, ətli yataq olmaqdan ibarətdir. O, elə hesab edir ki, arıq qadın zəif qadındır. Əgər bir qadın arıqdırsa, deməli əri ona yaxşı qulluq etmir.

Burada qadınlara olan basqı hələ uşaq olanda başlayır. 5 yaşında olan qızlara darı və dəvə südü kimi kalorili qidalar verilir. Uşaqlar anaları və ya məcburi qidalandırıcılar tərəfindən nəzarət altında saxlanılır.

Bir qız gündə 16000 kalori yeməyə məcbur edilə bilər. İmtina edənlər üçün ağır cəzalar və hətta işgəncə adlandırıla bilən qəddar üsullar var. 2013-cü ildə aparılan bir araşdırma, buna məruz qalan qızların 61 faizindən çoxunun döyüldüyünü, 29 faizinin isə barmaqlarınının sındırdığını göstərib.

Son xəbərlər