Bu ölkədə bölgələrdən paytaxta avtomobillə gələnlər ödəniş edəcək
2024-cü il sentyabrın 1-dən etibarən Monqolustanın regionlarından paytaxt Ulan-Batora şəxsi avtomobillərlə giriş pullu olacaq.
Bu barədə şəhər meriyası məlumat verib.
Məlumata görə, 2024-cü il sentyabrın 1-dən region nömrə nişanlı nəqliyyat vasitəsi sahibləri Ulan-Batora gələrkən yol haqqı ödəməli olacaqlar. Paytaxtda 48 saat ərzində qalmaq üçün ödəniş min tuqrik (təxminən 0.50 AZN) təşkil edəcək. Əgər vətəndaş şəhərdə 2 gündən çox qalarsa, hər gün üçün 5 min tuqrik (təxminən 2.70 AZN) ödəyəcək.
Bu qərar, Ulan-Batorun uzun illərdir üzləşdiyi tıxac problemindən qurtulmaq üçün qəbul edilib. Şəhərin yollarında gündəlik olaraq orta hesabla 16-19 min arası region avtomobili hərəkət edir. Bayram günlərində bu rəqəm 38 minə qədər artır.
Oxşar xəbərlər
İrəvanda “seçki” tragikomediyası: Ermənilərin yeni sahibi və Moskvanın kürəyinə sancılan xəncər - FOTO
İrəvanda meriya uğrunda çəkişmələrin əsas simaları paytaxt seçkisini Azərbaycana qarşı radikal ritorika hesabına udmaq istəyən və siyasi mübarizəyə yumor səhnəs...