Bu gün "Avroviziya-2023"ün finalıdır
Bu gün "Avroviziya-2023" Mahnı Müsabiqəsinin finalı baş tutacaq.
BAKU.WS xəbər verir ki, Liverpulda keçirilən yarışma zamanı 26 ölkə ilk yer uğrunda mübarizəyə qatılacaq.
Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya və ötən ilin qalibi olan Ukrayna finala birbaşa vəsiqə qazanıblar.
Birinci yarımfinalda finala vəsiqə qazanan ölkələr Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç, ikinci yarımfinalda isə Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya olub.
Xatırladaq ki, ölkəmizi yarışmada Tural və Turan Bağmanov qardaşları təmsil ediblər. "Tell me more" mahnısını ifa edən əkizlər finala vəsiqə qazana bilməyiblər.
Oxşar xəbərlər
Türkiyəyə kömək edən ölkələr, Azərbaycan ilk pillədədir - SİYAHI - CƏDVƏL/FOTO
Türkiyədə baş verən dəhşətli zəlzələ dünyanı sərsıdıb. Türkiyənin 10 rayonunda qeydə alınan təbii facidən sonra dağılan binalar, xarabazarlığa çevrilən ərazilər...