Bu ölkələr hava məkanlarını Rusiyanın üzünə bağlayıb
Avropa İttifaqı ölkələri və Kanada Rusiya Federasiyasının Ukraynada qarşı müharibənin başlamasından sonra öz hava məkanlarını Rusiya aviasiyasına bağlamağa başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu səbəbdən Rusiyanın aviaşirkətləri reysləri kütləvi şəkildə ləğv edir.
Hazırda Böyük Britaniya, Kanada, Polşa, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Sloveniya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İslandiya, İrlandiya, İtaliya, Avstriya, Portuqaliya, İsveç və Niderland, Albaniya hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb. Onlara İspaniya və Şimali Makedoniya da qoşulub.
Qeyd edək ki, Rusiya təyyarələri üçün səmanı bağlayan ilk ölkə fevralın 26-da gecə yarısından etibarən Polşa olub.
“Mən Nazirlər Şurasının Rusiya aviaşirkətləri üçün hava məkanının bağlanmasına gətirib çıxaracaq qərarının hazırlanmasına göstəriş vermişəm”, - Baş nazir Mateuş Moravetski bildirib.
Oxşar xəbərlər
Daha iki Avropa ökəsi Rusiya üçün hava məkanını bağlayır
İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İtaliya Nazirlər Kabinetinin mətbuat xidməti məlum...