Bu festivalda çəyirtkə, əqrəb, tırtıl və hamam böcəkləri yeyirlər - FOTO

Meksikada qeyri-adi festival təşkil olunub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Bichopolis" adlı böcək yeməyi festivalı hər kəsin təəccübünə səbəb olub.
Festivalda ziyarətçilərə yeməklərlə yeyilən müxtəlif növ böcəklər təklif edilib.
Artıq 3 gündür davam edən tədbirdə 37 növ böcək var. Bunlara çəyirtkə, əqrəb, tırtıl və hamam böcəkləri də daxildir.
Təşkilatçılar növbəti festivallarda böcəklər olan yemək növlərinin daha da artırılacağını bildiriblər.
"Bichopolis" festivalına qatılanlar böcəklər olan yeməkləri dadmaqla yanaşı, onun hazırlanma prosesi ilə bağlı da məlumat əldə ediblər.
Qalereya
Oxşar xəbərlər
Hatayda 147 saatdan sonra xilas edilən azyaşlı: "Çox çirkliyəm, məni hamama aparın" - FOTO
Türkiyənin Hatay şəhərinin Yumak rayonundakı 7 mərtəbəli binanın dağıntıları altından 12 yaşlı Cudi və nənəsi sağ çıxarılıb. BAKU.WS xəbər verir ki, zəlzələdən...
