Bu da oldu - Robot dünyada ilk diş əməliyyatını etdi - FOTO
Amerikanın "Perceptive" şirkətinin robotu canlı insanın dişləri üzərində dünyada ilk dəfə əməliyyat keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat "Businesswire" saytında dərc olunub.
Qeyd olunub ki, aparat avtomatlaşdırılmış stomatoloji sistemin köməyi ilə tamamilə avtonom əməliyyat həyata keçirə bilib. Robot manipulyatorlardan, obyektlərin 3D vizuallaşdırılması sistemi və süni intellektdən (AI) istifadə edib.
Şirkət nümayəndələrinin sözlərinə görə, prosedurdan əvvəl robot stomatoloq xəstənin ağız boşluğunu skan edir və effektiv müalicə kursunu müəyyənləşdirir. Texnologiya diş çürüməsini 90 faizdən çox dəqiqliklə aşkar edə bilir. Diaqnostika zamanı adi rentgen müayinəsində olduğu kimi xəstəyə ionlaşdırıcı şüalanma məruz qalmır.
Mühəndislər robotun bəzi işləri adi həkimdən daha sürətli yerinə yetirə biləcəyini bildiriblər. Belə ki, maşın diş qapaqlarını 15 dəqiqəyə və bir əməliyyatla quraşdıra bilir, halbuki ənənəvi müalicə ilə xəstə iki dəfə klinikaya müraciət etməli və bir saatlıq əməliyyat keçirməlidir.
"Perceptive" direktoru Kris Kiriellonun sözlərinə görə, şirkət indi bu cür əməliyyatları hər yerdə həyata keçirə bilməz. ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənməsi təxminən beş il çəkəcək.
Qalereya
Oxşar xəbərlər
Kariyeslə bağlı ŞOK MƏLUMAT
Kariyesin irsi keçə biləcəyi ehtimal edilir. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, diş problemlərinin valideynlərdən övladlara keçə biləcəyi fikri yanl...