Bu da kəşf edildi - Bədən istiliyi ilə enerji doldurulacaq

25
iyl
2019
19:31
"MİSiS" Milli Tədqiqat Texnologiya Universitetinin mütəxəssisləri və beynəlxalq alimlər qrupu enerji doldurma qurğularının (bilərzik) istehsalında tətbiq edilə bilən nanoborular əsasında termoelektrik polimer material hazırlayıblar.BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, termoelektrik materiallara istiliyi elektrik enerjisinə çevirə bilən kimyəvi birləşmələr və ya metal ərintiləri aiddir.Ərintilər əsasında hazırlanan mövcud termoelektriklərin faydalı iş əmsalı aşağıdır (təxminən 10%) və bir sıra çatışmazlıqlara malikdir.Alimlər alternativ variant kimi otaq temperaturunda işləyə bilən polimer materiallarını nəzərdən keçirirlər, həmin materialların elastikliyi sayəsində onlara istənilən forma vermək mümkündür, onlar toksik deyil və aşağı istilikkeçirmə xassəsinə malikdirlərş. Bu da enerjinin çevrilməsi vaxtında itkilərin qarşısını alır.
Oxşar xəbərlər
Azərbaycanda unikal ixtira - elektrik enerjisinə 70 faiz qənaət edir - VİDEO
Elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsinin hesabına daha çox enerji istehsal edir. Nəticədə isə elektrik enerjisinə 70 faizə yaxı...