Bruney Sultanı Prezident İlham Əliyevi təbrik edib

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Mən ölkələrimiz arasında mövcud olan səmimi dostluq münasibətlərini və əməkdaşlığı yüksək qiymətləndirirəm. Əlaqələrimizin ikitərəfli əsasda, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daha da inkişafına ümid edirəm.
Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq nəsib etsin!
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".
Oxşar xəbərlər
Şeyx Ümumdünya Kilsələr Şurasının Baş katibinə etiraz məktubu göndərib
Erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə...
