Braziliya COP30-a hazırlıq işlərinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Braziliya COP30-a hazırlıq işlərinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bu barədə COP30-un icraçı direktoru Ana Amelia Kampos Toni jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Braziliya bu sahədə Azərbaycanın təcrübəsindən faydalanır:
"Hazırda Belemi COP-a hazırlamaq üçün Azərbaycan təcrübəsini öyrənirik. Hələ ki hazır deyilik, ancaq zaman gəldiyində hazır olacağıq. Adaptasiya və ədalətli enerji keçidi çox önəmli mövzulardır. Azərbaycanla birlikdə iqlim maliyyəsini 1.3 trilyon dollara çatdırmağa çalışırıq. Bununla birlikdə Braziliya iqlim çempionluğu Azərbaycanla birlikdə ortaq məxrəclər üçün fəaliyyətlərini genişləndirir".
İcraçi direktor həmçinin bildirib ki, COP29-da qaydalar kitabı tamamlanıb, indi isə yeni bir onillik üçün icra dövrü başlayır:
"Biz də bunun hazırlığını görürük. Ümid edirik ki, bu həftə fəaliyyət gündəmimizi də elan edə biləcəyik".
Oxşar xəbərlər
Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik
Müdafiə Nazirliyi elektron xidmətlər portalı ilə bağlı paylaşım edib. "İndi Müdafiə Nazirliyinin elektron xidmətlər portalı ilə hər şey çox sadə və əlçatandır....