BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərə baş çəkib
İyun ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi errməni əsilli şəxslərə yenidən baş çəkiblər.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya BQXK-dan bildirilib.
Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb və onlar ailələrindən bağlamalar alıb.
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", məlumatda deyilir.
Oxşar xəbərlər
Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir?
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsi məsələsi artıq bir müddətdir müzakirə olunur. Türkiyə t...