“Böyük yeddilik” Ukraynaya 24 milyard dollar ayırıb

“Böyük yeddilik” Ukraynaya 24 milyard dollar ayırıb
Siyasət 79

“Böyük yeddilik” (“G-7”) ölkələri 2022 və 2023-cü illər üçün Ukraynaya əlavə dəstək məqsədi ilə 24 milyard dollardan artıq maliyyə vəsaiti ayıracaq”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “G-7”liyə daxil olan ölkələrin maliyyə nazirləri yaydıqları birgə bəyanatda bildiriblər.

Bəyanatda rəsmi Kiyevə daha böyük məbləğdə maliyyə dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar: “Ukrayna xalqını və hakimiyyətini tərəddüd etmədən və səmimi həmrəyliklə dəstəkləyirik”.

“Böyük yeddiliyin” nazirləri “G-20”liyin, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının iştirakı ilə bu həftə keçiriləcək beynəlxalq foruma Rusiyanın nümayəndəsinin qatılacağını təəssüf hissi ilə qeyd ediblər: “Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar Rusiya ilə adi manevrlə davranmamalıdır”.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiyanın iştirakına etiraz olaraq nazirlərin bu toplantısına qatılmayacaq. Rusiyanı isə bu tədbirdə maliyyə naziri Anton Sulianov təmsil edəcək.

Xatırladaq ki, bu ilin payızında “G-20”liyin Zirvə toplantısının İndoneziyanın Bali adasında keçirilməsi planlaşdırılıb. Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına etiraz olaraq ABŞ Prezidenti Cozef Baydenin həmin toplantıya qatılmayacağı bildirilib.

Son xəbərlər