Böyük Britaniyada gənə virusu aşkarlandı
İngiltərənin bir neçə bölgəsində şiddətli meningitə bənzər simptomlara səbəb ola bilən gənə virusu aşkar edilib.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
Agentlik insanlara çöldə olduqdan sonra paltarlarını və bədənlərində gənə olub olmadığını mütəmadi olaraq yoxlamağı, həmçinin gənə virusunun yayılmasının qarşısını almaq üçün xəstəxanalarda testlərin dəyişdirilməsini tövsiyə edib.
Gənələr gənə ensefaliti və Lyme xəstəliyi də daxil olmaqla bir sıra xəstəlikləri daşıya bilər.
Gənələrin daşıdığı virusun dünyanın bir çox ölkəsində yayıldığı qeyd olunur.
Virusun simptomlarına asemptomatik infeksiya və bəzi hallarda baş ağrısı, boyun sərtliyi, çaşqınlıq və ya huşsuzluqla müşayiət olunan yüksək hərarət kimi mərkəzi sinir sisteminin ağır infeksiyası daxildir.
Oxşar xəbərlər
Koronavirus bitməmiş insanları daha bir virus təhdid edir
Dünya koronavirusun yayılması ilə mübarizə apararkən yeni bir virus ortaya çıxıb. Ötən günlərdə Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfərin virusdan öl...