BMT Ukraynada müharibə qurbanı olan mülki şəxslərin sayını açıqladı

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci il tarixindən 17 martadək mülki əhali arasında zərərçəkənlərin sayı 2149 mülki şəxs təşkil edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, onlardan 816 həlak olub, 1333 nəfərsə yaralanıb.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı məlumatda bildirilib.
Sənəddə ən çox itkilərin Volnovaxa və Mariupol (Donetsk vilayəti), İzyum (Xarkov vilayəti), Severodonetsk və Rubijne (Luqansk vilayəti), Trostyanetsk (Sumi vilayəti) əyalətlərində qeydə alındığı vurğulanıb.
“Mülki şəxslər arasında ölüm və yaralanma hallarının əksəriyyətinə geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi, o cümlədən yaşayış məntəqələrinin ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri səbəb olub”, - məlumatda qeyd edilib.

Oxşar xəbərlər
Mariupol uğrunda ölüm-dirim savaşı - Şəhər hər iki tərəf üçün niyə ƏHƏMİYYƏTLİDİR? - FOTO
Son bir həftə ərzində Rusiya ordusunun paytaxt Kiyev və Xarkov istiqamətində hücumu nisbətən azalıb. Aktiv döyüşlər barədə xəbərlər əsasən Ukraynanın cənubundan...