BMT TŞ Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

28
sen
2020
23:51
BMT-nin Təhlükəsizlik Şurası sentyabrın 29-da qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyə hazırlaşır.
TASS agentliyi bu barədə BMT-də olan mənbəyə istinadən məlumat yayıb.
“Çox güman ki, müzakirələr çərşənbə axşamı (29 sentyabr) qapalı formatda baş tutacaq”, - deyə mənbə bildirib.
Müzakirələrdə bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib.
Formata əsasən, Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatı münaqişə tərəflərinin nümayəndələrinin iştirakı olmadan müzakirələr aparacaq.
Oxşar xəbərlər
Ombudsman beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 21 sentyabr - Beynəlxalq Sülh Günündə Ermənistan silahlı qüvvələrinin növbə...
